“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın "Səhər" telekanalını sərt tənqid edib.

İranın "Səhər" telekanalı Azərbaycana qarşı informasiya siyasətini, təhqir və hədə kampaniyasını davam etdirir.

İran mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmasından narahat olub.

İranın Azərbaycan və Ermənistan liderlərinin qardaş Türkiyədə görüşməsindən narahat olduğunu dilə gətirən Rövşən Məmmədov iki ölkə arasında münasibətlərin düzəlməsindən ehtiyatlanan İranın Ermənistanın əlindən çıxacağından qorxduğunu bildirib.

R.Məmmədovun ölkəmizə qarşı qarayaxma kampaniyası aparan İran kanalına verdiyi cavabı daha ətraflı YouTube kanalımızda izləyə bilərsiniz.